Paltar asmaq istədi, 9-cu mərtəbədən yıxılıb öldü - YENİ GÜNƏŞLİDƏ
Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. (trend)
Mediainfo.az
Digər xəbərlər





























































































