Suriyada hərbçilər avtobusda partladıldı
Suriyada hökumət qüvvələri ilə prezident Bəşər Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar davam edir. Yerli kütləvi-informasiya vasitələrinin məlumatına görə, ötən gün döyüşçülər hərbçilərin olduğu avtobusu partladıblar. Nəticədə 11 əsgər və 4 dinc sakin həlak olub.
Homs şəhərində isə üstünlüyü hərbçilər qoruyub saxlayıblar. Onlar azı 20 döyüşçünü zərərsizləşdirib, döyüş silah-sursatı ələ keçiriblər. Əməliyyat zamanı 20 dinc sakinin də öldüyü bildirilir.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər