"Məşhur Əzazil"in məhkəməsi başlandı

"Məşhur Əzazil"in məhkəməsi başlandı

19 Oktyabr 2016 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

Musavat.com-un məhkəmə binası qarşısında olan müxbiri xəbər verir ki, məhkəmə prosesi saat 11:00-a təyin edilib.

Məhkəmə prosesi başlamasa da jurnalistlərin iştirak edib-etmiyəcəyi ilə bağlı dəqiq məlumat verilmir.

Prosesin qapalı keçirilməsi elan olunmayıb.

Təqdirləndirilən şəxslərin zərərçəkmişlərin vəkilləri hazırda məhkəmə zalındadır.

Xatırladaq ki, ötən proses rəxirə salınmışdı. Buna səbəb Akif Çovdarovun vəkili Kamandar Nəsibovun vəsatət qaldıraraq nə özünün, nə də müvəkkilinin cinayət işu materialları tam tanış ola bilmədiyini bildirmişdi.

Vəsatət təmin edilmiş, vəkilə 15 iş günü müddətinə vaxt verilmişdi. Lakin əldə etdiyimiz məlumata görə, bu gün də prosesin naş tutmayacağı gözlənilir. Səbəb yenə də Akif Çovdarov və vəkilinin cinayət işi materialları ilə tanış olmamasıdır.

Qeyd edək ki, əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.

Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.

Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib.

Mediainfo.az