Qar yağıb - GƏDƏBƏYƏ VƏ DAŞKƏSƏNƏ

Qar yağıb - GƏDƏBƏYƏ VƏ DAŞKƏSƏNƏ

18 Oktyabr 2016 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gündən etibarən qərb bölgəsində yağıntılı hava şəraiti hökm sürür.

Gədəbəy rayonunda ötən gündən başlayan yağış sonradan qara çevrilib. Hazırda qarın qalınlığı 6-7 sm-dir. Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, bir sıra ərazilərdə qar daha çox yağıb, ağaclara ziyan dəyib. Həmçinin bəzi kəndlərə gedən elektrik naqilləri qırılıb. Aidiyyati qurumların fəsadların aradan qaldırılması istiqamətində iş apardığı bildirilib.

Qərb bölgəsinin Daşkəsən rayonuna da qar yağıb. Məlumata görə, bəzi kəndlərdə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Mediainfo.az