Deputatlar şəhərin su basmasına görə "Azərsu”nu və “Azəriqaz”ı təqsirkar bildilər
Şəhərin ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.
Buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Z.Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər.
Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z.Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunub. Həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunub.
Ümumiyyətlə, bir neçə gündür Bakıda davam edən güclü yağış paytaxtda avtomobillərin hərəkətində problemlər yaradıb.
Ona görə də Bakıda güclü yağışın yağması şəhərdə həyatı iflic edib.
Yolların çayı xatırlatmağı azmış kimi, şəhərin bir çox hissəsinə qazın verilişi də dayandırılıb. Bakı rayon icra hakimiyətləri isə yağışın fəsadları ilə əlaqədar bildiriblər ki, heç bir problem yoxdur.
Şəhərin hazırkı durumu ilə bağlı millət vəkili Araz Əlizadə dilə gəlib. Deputat deyib ki, Bakını su basdığına görə nə şəhər icra hakimiyyəti, nə də rayon icra hakimiyyətləri məsuliyyət daşıyır.
Bütün su və kanalizasiya məsələləri hamısı birbaşa "Azərsu"ya tabedir. Onun sözlərinə görə, şəhərdəki kanalizasiyalar yağışın öhdəsindən gəlmirsə, bu, "Azərsu"nun günahıdır: "Bakının bu gündə olmasının günahı "Azərsu"dur.
Bakının kanalizasiyasının düzəlməsi üçün yüz milyonlarla pul xərclənib, ancaq hər dəfə yağış yağanda Bakı batır. Bundan nəticə çıxarmaq lazımdır, dövlətin ayırdığı vəsait hara gedib?
Milli Məclisdə bununla bağlı heç bir məsələ qaldırmaq fikrim yoxdur, bunu 2005-ci ildə bir dəfə qaldırmışam, ancaq heç bir nəticə vermədi. Ona görə Milli Məclisdə yenidən məsələ qaldırmaq mənasızdır".
Bakı şəhərində yağan yağışlarla əlaqədar olaraq Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basması müşahidə edilir.
Fövqəladə Hallar Nazirliyindən nazirliyin qüvvələri su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, qazın kəsilməsi və yağışın şəhəri iflic etməsi barədə sosial şəbəkələrdə çoxlu sayda foto və videolar yayımlanıb.
Millət vəkili Çingiz Qənizadə paytaxtda qazın zəif təzyiqdə olması ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin verdiyi açıqlamaya sərt reaksiya verib.
Ç.Qənizadə bildirib ki, mətbuat xidmətinin rəhbərinin verdiyi açıqlama ilə tanış olub və onun yerinə sadəcə utanıb: "Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur.
Eyni zamanda mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq.
Maraqlı məqam isə ondan ibarətdir ki, ərazilərdə qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir.
Binəqədi üzrə biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil. Osman adlı bir şəxs rəhbərlik edir. Telefon nömrəsini də tapa bilmirik. İnternetdə "Azəriqaz"ın əlaqə telefonları yoxdur. Bir dənə "Qaynar Xətt"in nömrəsi var. Onu da yığırıq, təbii ki heç kim cavab vermir. Belə məqamda sadəcə İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar.
Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır". (politika)
Mediainfo.az























.jpg)













































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)








