“Nardaran işi” üzrə məhkəmə davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimli çıxış edərək bildirib ki, ötən iclasdan sonra təqsirləndirilən Abbas Hüseynov cərimə təcridxanasına salınıb, bu gün isə iclasda iştirakına icazə verilmir.
Hakim isə deyib ki, ötən iclasda zərərçəkmiş şəxsə qarşı nalayiq hərəkətlər etdiyi üçün onun məhkəmədə iştirakına icazə verilmir. Taleh Bağırov isə onun iclasda iştirakının təmin edilməsini istəyib.
Bildirib ki, onun iştirakı olmasa, iclasın keçirilməsinə imkan verməyəcəklər. Hakim isə bildirib ki, məhkəmə prosesinin keçirilib-keçirilməməsi təqsirləndirilən şəxslərin icazəsi ilə olmur.
Bundan sonra təqsirləndirilən şəxslər siyasi şüarlar qışqırıblar. Məhkəmədə fasilə elan edilib.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Mediainfo.az












































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)












.jpg)