Separatçıların daha bir rəhbəri öldürüldü - UKRAYNADA
Ukraynanın separatçılar tərəfindən ələ keçirilmiş DNR ərazisində Motorola ləqəbli polkovnik Arseniy Pavlovun qətli ilə əlaqədar 3 günlük matəm elan olunub. Bayraqlar endirilib, şənlik tədbirləri təxirə salınıb.
İnterfax-ın separatçı rejimə istinadən yaydığı məlumata görə, A.Pavlov DNR-in aparıcı hərbi komandanlarından biri idi. O, Donetsk şəhərindəki evinə gedərkən əvvəlcədən liftə quraşdırılmış partlayıcı maddənin işə düşməsi nəticəsində qətlə yetirilib.
Separatçı rejimin rəhbərliyi hadisəni Ukraynanın kəşfiyyat diversiya qrupunun təxribat əməli kimi qiymətləndirir. Şəhərdə antiterror əməliyyatlarına start verilib.
Xatırladaq ki, ötən ilin may ayında separatçı LNR rejiminin nəzarətində olan Luqansk şəhərində də analoji hadisə baş verib. "Prizrak (Ruh)" adlı yerli özünümüdafiə dəstəsinin komandiri Aleksey Mozqovoy evinə gedərkən müəmmalı şəraitdə qətlə yetirilib.
Mediainfo.az

















































































.jpg)
.jpg)
.jpg)








.jpg)

