Bəy banketin pulunu verməmək üçün toydan qaçdı-VIDEO
Moskvada restoranların birində tragikomik hadisə baş verib. Fishki.net. saytının məlumatına görə, paytaxt polisinə Sokolnikidə yerləşən restoranların birinin rəhbərliyi tərəfindən şikayət ərizəsi daxil olub. Məlum olub ki, 41 yaşlı bəy öz toyunda banketin pulunu ödəməmək üçün aradan çıxıb.
Zərərçəkmiş tərəfin iddiasına görə, banket üçün əvvəlcə 20 min rubl məbləğində 12 personluq masa sifariş verilib. Daha sonra məclisə çoxsaylı qonaqlar təşrif buyurmağa başlayıb. Təbii ki, xərclər də artmalı idi. Banketin yekun xərcinin 100 min rubla çatdığını görən bəy qonaqlarla birlikdə yavaş-yavaş məclisi tərk etməli olub.
Qeyd edək ki, zərərə uğramış restoran Azad Mirzəyev adlı azərbaycanlı iş adamı tərəfindən işlədilir.
Faktla bağlı RF.Cinayət Məcəlləsinin "Aldatma və etibardan sui-istifadə yolu ilə maddi ziyan vurma" maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, bu günlərdə həmin toyun video görüntüləri sosial şəbəkələrdə yayılıb.
Mediainfo.az










































.jpg)
.jpg)
.jpg)















































.jpg)
