“Nardaran işi” üzrə məhkəmə prosesi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov çıxış edərək beş gündür, cərimə kamerasında saxlanıldığını, çıxışlarına və verdiyi vəsatətlərə görə cəzalandırıldığını deyib.
Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadə verib. O, bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşına yığışaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Bildirib ki, hadisə zamanı xəsarət almayıb, polislərə daş atanları görməyib, özü kimisə saxlamayıb.
Sualları cavablandıran şahid deyib ki, Çevik Polis Alayının əməkdaşları onlara kömək məqsədi ilə oraya gəliblər.
Daha sonra iclasda şahid qismində Sabunçu RPİ-nin əməkdaşı Anar İbrahimov ifadə verib. O bildirib ki, hadisə zamanı dəyənəyi itib və qarnına daş dəyib. Lakin zərərçəkmiş kimi harasa müraciət etməyib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Mediainfo.az












































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)












.jpg)