Tailand kralı vəfat etdi

Tailand kralı vəfat etdi

13 Oktyabr 2016 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Tailand kralı 89 yaşlı Pxumipon Adulyadet 89 yaşında dünyasını dəyişib.

Məlumata görə, kral müalicə aldığı Banqokdakı Sisirat xəstəxanasında vəfat edib. O, son bir neçə ilini xəstəxanada keçirib.

Qeyd edək ki, Adulyadet 1946-cı ildə taxta çıxıb. Lakin hakimiyyət səlahiyyətlərinə sahib olmayıb, belə ki, kral ölkədəki heç bir siyasi münaqişənin həllində iştirak etməyib.

Mediainfo.az