Dəniz kənarında meyit tapılıb
Bakının mərkəzində dəniz kənarında meyit tapılıb. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, bu gün səhər saatlarında, rayonun Bayıl qəsəbəsi ərazisində, dəniz kənarında naməlum meyit tapılıb. Meyitin orta yaşlı kişi olduğu bildirilir. Hazırda hadisə yeri müayinə edilməklə meyitin şəxsiyyətinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər