Qasırğaya görə ABŞ-da 2500 aviareys təxirə salınıb

Qasırğaya görə ABŞ-da 2500 aviareys təxirə salınıb

6 Oktyabr 2016 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da "Metyu" qasırğası ilə əlaqədar 2500 aviareys təxirə salınıb.

Bu barədə "ABC News" xəbər yayıb.

Bildirilir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək.

Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq.

Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.

Mediainfo.az