Göygöldə yaşlı kişini avtomobil vuraraq öldürüb

Göygöldə yaşlı kişini avtomobil vuraraq öldürüb

4 Oktyabr 2016 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Apa-nın qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21015" markalı avtomobil yolu keçən ahıl kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Hazırda qəzanı törədən və qəzada ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mediainfo.az