Balakəndə avtoqəzada ölənlərin şəxsiyyəti müəyyən oldu
Balakəndə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı sürücü, Balakən rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əlixan oğlu Saramanov, sərnişinlər - Balakən rayon sakinləri, 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları xəsarətdən ölüblər.
Xatırladaq ki, hadisə bu gün saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib. Pejo markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.
Qəza zamanı avtomobilin sürücüsü və daha 3 nəfər şəxs hadisə yerində ölüb. Cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Mediainfo.az































.jpg)





.jpg)
.jpg)
.jpg)






































.jpg)
.jpg)
.jpg)












