Leysan davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Temperatur gecə 15-20°, gündüz 22-26° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 millimetr civə sütununa bərabər, nisbi rütubət 70-80 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 14-19°, gündüz 25-29° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 8-13°, gündüz 15-20° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 14-19°, gündüz 22-270 isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 11-16°, gündüz 21-260 isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 15-20°, gündüz 22-27° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Temperatur gecə 16-20°, gündüz 23-28°, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacaq.
Qoy, yağış damcıları həyatınızın yollarını toz-dumandan təmizləsin.
Günel Həbib
O.M.