İstanbul, yoxsa Moskva?

İstanbul, yoxsa Moskva?

14 Aprel 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

2005-ci ildə İstanbulda başlayan "F1 Formula" yarışmalarının ömrü çox qısa olacaq kimi görünür. Belə ki, "F1"in prezidenti Berlie Eklestoniye ötən həftə Moskvaya səfər etdi. Onun bu səfərinin əsas məqsədi silsilə yarışmanın növbəti - 2012-ci il sezonunun harada reallaşacağından ibarət idi. Əldə olunan xəbərlərə görə, artıq "Formula" yarışmaları İstanbulda deyil, növbəti ildən etibarən Moskvada keçiriləcək.

200 milyon dollara başa gələn "İstanbul Park" elə o vaxtlar müzakirə obyektinə çevrilmişdi. Ardı-arda hər il burada düzənlənən "Formula" yarışmaları zamanı demək olar ki, bütün dünya İstanbuldan danışırdı. Lakin yarışmanın 2012 planından çıxarılan İstanbul bu il sonuncu dəfə usta pilotları qarşılayacaq.

Artıq gözdən və dəbdən düşməyə başlayan bir vaxtların parkı bundan sonra ya go-kart müsabiqələrinin, ya da serial çəkilişlərinin sevimli məkanına çevriləcək.

Yüksək sürət həvəskarları harada olsa, Formula-1 yarışmasını izləyəcəklər. Bunun üçün Moskvaya da gedə bilərlər. Bizim sürət vurğunları isə gecə Bakı küçələrinə çıxsalar, kifayətdir.

Günel Həbib

O.M.