
Bələdiyyə sədrinin kürəkəni həbs edildi
Bələdiyyə sədrinin kürəkəni həbs edildi
İstanbulun bələdiyyə sədri Kadir Topbaşın kürəkəni həbs edilib. Sözcü.com.tr xəbər verir ki, Ömər Faruk Kavurmacı FETÖ qruplaşması ilə bağlı davam etdirilən araşdırmalarla bağlı tutulub.
Türkiyədə tanınmış paxlavaçılardan olan Ö.F.Kavurmacı qanunsuz qruplaşmaların maliyyə dayaqlarını təşkil etməkdə və maliyyələşməyə kömək etməkdə təqsirləndirilir.
Qeyd edək ki, Kadir Topbaş qızının həyat yoldaşının 15 iyul hadisələrdən sonra FETÖ ilə bütün əlaqələrini kəsdiyini və onun günahının sübuta yetiriləcəyi təqdirdə cəzasını çəkməli olduğunu deyib.
Mediainfo.az
Digər xəbərlər