
“OMON”çuların məhkəməsi olacaq
Hazırda Qobustan həbsxanasında saxlanılan, ömürlük həbs cəzası almış keçmiş OMON döyüşçüləri təkrar məhkəmə qarşısına çıxarılır.
Bu barədə m’tbuata vəkil Elçin Sadlqov məlumat verib.
O bildirib ki, sentyabrın 8-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi, onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizəyə baxılacaq".
Vəkil qeyd edib ki, E.Əmiraslanov, A. Kazımov və S.Poladov 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur.
Mediainfo.az
Digər xəbərlər