QMİ: "Qurbanlıq heyvanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil "

QMİ: "Qurbanlıq heyvanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil "

7 Sentyabr 2016 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir və bayram namazı Azərbaycan məscidlərində həmin gün səhər saatlarında qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq.

QMİ bayram günləri ilə bağlı müsəlmanlara xəbərdarlıq və tövsiyə də edib: "Bu müqəddəs bayramda qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil". (apa)

Mediainfo.az