
SON DƏQİQƏ! Gənc oğlan intihar etmək istədi, amma xilas edldi
Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib.
Şəxsiyyəti hələlik açıqlanmayan şəxs FHN və polis əməkdaşlarının səyi nəticəsində binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb.
Şahidlərin dediyinə görə, binanın damına çıxaraq intihar etmək istəyən şəxsin əlində içərisində benzin olan butulka da olub. Faktla bağlı araşdırma aparılır.
12:45
Metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır. (apa)
Mediainfo.az
Digər xəbərlər