ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub

5 Sentyabr 2016 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.

ATU-dan Apa-ya verilən xəbərə görə, yeni direktor, professor, tibb elmləri doktoru Surxay Hadıyev klinikanın kollektivi ilə tanış olub.

Professor Surxay Hadıyev bildirib ki, klinikanın heyəti ilə birlikdə bütün çətinliklərin öhdəsindən gələcək və klinikanın daha da inkişafı üçün çalışacaq. Direktor onu da qeyd edib ki, klinikanın hər bir şöbəsi ilə yaxından maraqlanacaq və bütün təkliflər birlikdə müzakirə olunacaq.

Daha sonra baş həkim Asiman Həsənov görülən işlərdən danışıb və qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında hər cür şərait, əməliyyat bloku və palatalar mövcuddur.

Mediainfo.az