Sürücülər yol polisi postlarında dincələ də bilərlər

Sürücülər yol polisi postlarında dincələ də bilərlər

5 Sentyabr 2016 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

"DYP-nin şəhərlərarası yollardakı stasionar postlarında sürücülərin istirahəti üçün indi deyil, bir neçə il əvvəldən başlayaraq şərait yaradılıb".

Bunu azvision.az–a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, respublikanın rayonlararası yollarında günün istənilən vaxtı hərəkət edən sürücülər stasionar postlarda dincələ bilərlər: "Ümumiyyətlə, postlar yeniləndikcə və yeni inşa edilən postlarda sürücülər üçün şərait yaradılır. Avtomobillərin kütləvi şəkildə dayanması mümkün olmasa da, qısa müddətli saxlamağa yerlər var. Havanın isti vaxtı və ya gecə saatlarında yorğun olan sürücülər avtomobilini həmin yerlərdə saxlayıb, istirahət edə bilər. Həmçinin sürücülər üçün əl-üz yumaq yerləri ayrılıb.

Yuxusuzluğun və yorğunluğun alınması üçün stasionar postların hamısında sürücülər və sərnişinlər üçün belə bir şərait yaradılıb. Kifayət qədər sürücü də həmin şəraitdən istifadə edir",-deyə DYP rəsmisi vurğulayıb.

Mediainfo.az