Ahıl kişini maşın vuraraq öldürüb

Ahıl kişini maşın vuraraq öldürüb

5 Sentyabr 2016 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakini Ramil Şükürov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini, 77 yaşlı Musa Musayevi vurub. Piyada aldığı xəsarətydən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az