
Fərari erməni zabit Rusiyada tutuldu
Ermənistan Silahlı Qüvvələrinin fərarı zabit Rusiyada tutulub.
RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Rusiyanın Tümen vilayəti üzrə prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Vaqe Ohanesyan avqsutun 29-da Tobolsk şəhərində polis tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən onun axtarışda olduğu üzə çıxıb. Məhkəmə barəsində həbs qərarı verib. Fərari zabitin Ermənistana ekstradisiyası üçün sənədləşmə işləri aparılır.
Ermənistan vətəndaşı Vaqe Ohanesyan 2009-ci ildə Ermənistan ordusunda xidmətə başlayıb.
2016-cı ilin fevralında 28 yaşlı bölük komandiri məzuniyyətə çıxıb və Ermənistanı tərk edib.
Mediainfo.az
Digər xəbərlər