
Bakıda iki polis bölməsinə yeni rəis təyin olundu
Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.
"Report"un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı bölməsinin rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci bölməsinin rəisi təyin edilib.
Xəzər RPİ 1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-sinə rəis təyin olunub.
22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov sərəncama göndərilib.
Qeyd edək ki, M.Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun oğludur.
Mediainfo.az
Digər xəbərlər