Yavər Camalov İsrail səfirini qəbul edib
Müdafiə sənayesi naziri Yavər Camalov sentyabrın 2-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Y. Camalov MSN-in fəaliyyəti ilə bağlı səfirə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mediainfo.az
Digər xəbərlər