2020-ci ilin Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyi rəsmən qeydə alınıb
Bu gün Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ilin Yay Olimpiya Oyunlarının keçirilməsinə namizədliyi qeydə alınmış şəhərlərin rəsmi siyahısını açıqlayıb. Namizəd ölkələr sırasında Azərbaycan paytaxtı Bakı da var. Namizədliyi qeydə alınmış digər beş şəhər isə bunlardır: Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya), Roma (İtaliya) və Tokio ( Yaponiya). Bildirildiyinə görə, yaxın iki il ərzində namizəd şəhərlər Beynəlxalq Olimpiya Komitəsinin iki mərhələdən ibarət sınaq prosedurundan keçəcək, 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə isə qalib şəhər seçiləcək.
İnanırıq ki, 2020-ci ilin Yay Olimpiya Oyunlarının ev sahibi Bakı olacaq.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər