Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın saytında yerləşdirilib.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün sənəd vermiş 31251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib.
Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub.
Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər