
4,1 gücündə zəlzələ olub - İTALİYADA
İtaliyanın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km şimal-şərqdə, ocağı isə 6 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub.
Mediainfo.az
Digər xəbərlər