Dənizkənarı Bulvar İdarəsi uşaqları yenidən sevindirəcək
Dənizkənarı Bulvar İdarəsi uşaqları yenidən sevindirəcək. Sentyabr ayının müəyyən günündə yenə də Milli Parkda bütün atraksionlar pulsuz olacaq. "Aksiya sentyabrın 15-dən sonra müəyyən edilmiş bir gündə keçiriləcək. İndi həmin gün dəqiqləşdirilir. Çalışacağıq ki, həmin gün heç bir tədbirlə üst-üstə düşməsin və uşaqların istirahət günü olsun". Nazim Məcidovun sözlərinə görə, növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq. "Yaxşı olar ki, hər uşaq hər atraksiondan 1 dəfə istifadə etsin. Bu zaman bütün uşaqlar əylənə bilər".
Xatırladaq ki, bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə Dənizkənarı Bulvar İdarəsi maraqlı bir aksiya ilə çıxış etdi. Yəni, yaşı 15-ə qədər olan uşaqlar səhər saat 9-dan 12-ə qədər bulvardakı atraksionlardan pulsuz olaraq istifadə etmək haqqı əldə etdi. Aksiya zamanı valideynlər və uşaqlar arasında xoşagəlməz hallar yaşandı. Nizamsız növbələr yarandı. 1 uşaq eyni atraksiondan bir neçə dəfə istifadə etdiyindən çoxları kənarda qaldı. Bu aksiya növbəti aylarda da təşkil edilib.
Uşaqlar bizim gələcəyimizdir.
Tofiq Əliyev
O.M.