Çində güclü partlayış baş verib

Çində güclü partlayış baş verib

14 Aprel 2011 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin şimali-qərbində yerləşən Heilonqjianq əyalətində qanunsuz fəaliyyət göstərən emalatxanada güclü partlayış hadisəsi baş verib. Partlayış 9 nəfərin ölümünə səbəb olub. Emalatxanada işləyən 14 nəfərdən 5-i isə möcüzəvi şəkildə partlamadan sağ çıxaraq xilas olunub. Polislər tərəfindən verilən məlumata görə, emalatxanada qaçaq kimyəvi maddələrin hazırlanması işi ilə məşğul olurlarmış. Partlamanın baş vermə səbəbləri ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Deyirlər, oğurluqla nəyinsə ömrü 40 gün olur. 41-ci gün hər şey üzə çıxır.

Hafiz Əhmədov

O.M.