
TQDK-dan yenilik
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlər virtual ödəmə kartlarını sms-lə də əldə edə bilərlər. TQDK-nın virtual ödəmə kartlarını sms-lə əldə etmək üçün abituriyentlər Azercell nömrələrindən 3 rəqəmini və ya sözünü 7735 nömrəsinə sms-lə göndərməlidirlər. Cavab olaraq abunəçiyə ödəmə kartının nömrəsi və PİN kodu göndəriləcək.
Dəyişək, inkişaf edək.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər