Hillari Klinton yeni hücumları pisləyib

Hillari Klinton yeni hücumları pisləyib

14 Aprel 2011 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Liviyada Qəddafi rejiminin yeni hücumlarını pisləyib. Dövlət katibi Hillari Klinton muzdlu əsgərlərin ölkənin qərbindəki Misrat şəhərində mülki vətəndaşlara hücum etdiyini söyləyib.

Klinton artilleriyadan hücumların olduğunu və bu hücumların ardından snayperlərin yaralı vətəndaşları nişan aldığını bildirib.

Daha sonra Pentaqon rəsmilərinə istinad edərək Liviyaya hava hücumlarının davam etdiyini açıqlayıb. O, NATO-nun Berlin konfransında da Liviya məsələsinin gündəm olacağını bildirib.

Bundan başqa, dövlət katibi uçuşa qadağan bölgələrin nəzarətdə olduğunu və silah embarqosunun davam etdiyini bildirib.

Xanım Klinton Liviya məsələsinin hələ bir müddət gündəmdə qalacağını bəyan edir. Bu isə onu deməyə əsas verir ki, "balıqçılar bulanıq suda qızıl balıq ovunu davam etdirməkdən zövq alırlar." Nədənsə onlar "balığı bir-bir tilovla yox, kütləvi şəkildə dinamitlə ovlayırlar."

Elvin Babayev

O.M.