Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

14 Aprel 2011 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 14-də hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 13-dən 14 - nə keçən gecə yarımadanın bəzi yerlərində
qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 13-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 14-də yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağışın kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Hava necə olursa olsun, çalışın gününüz aydın, buludsuz və çovğunsuz olsun. Bu, ilk növbədə sizin özünüzdən asılıdır.

Elvin Babayev

O.M.