
Hacıqabulda həyətyanı sahədən çətənə kolları aşkar edilib
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Zülfəliyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 23 kiloqram 345 qram olan 15 ədəd çətənə kolu və evinə baxış zamanı isə oradan 30,05 qram marixuana aşkar edilərək götürülüb. Fakta bağlı cinayət işi qaldırılıb.
Nə əkərsən, onu da biçərsən.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər