BMT Liviyanın İngiltərə aktivlərini bərpa etdi

BMT Liviyanın İngiltərə aktivlərini bərpa etdi

31 Avqust 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən keçirilən BMT-nin Təhlükəsizlik Şurasının iclasında Britaniya hökumətinin dondurulmuş Liviya aktivlərinin yenidən dövriyyəyə buraxılması haqqında təklifi öz müsbət həllini tapıb. BMT Liviyanın Birləşmiş Krallıqdakı aktivləri üzərində sanksiyaların geri götürülməsi haqqında qərar verib.

Baş katib Pan Ki Mun etdiyi çıxışda, mart ayında Liviya hökumətinə qarşı sanksiyalar çərçivəsində dondurulmuş olan 1.5 milyon dəyərində banknotun ölkədə əhalinin ilkin tələbatlarının təmin olunmasına və maaşların verilməsinə sərf olunacağını bildirib.

Qeyd edək ki, ötən həftə adıçəkilən qurum Obama administrasiyasının oxşar müraciətinə baxaraq, Liviyanın ABŞ banklarındakı hesablarına qoyulmuş sanksiyaları geri götürmüşdü. Pan Ki Mun eyni zamanda Liviyadakı son vəziyyət barədə də qısa şərh verib.

"Milli Keçid Şurası artıq Tripoli və digər şəhərlərə nəzarəti ələ keçirib. Döyüşlərin hələ ölkənin müxtəlif hissələrində, başlıca olaraq Sirt, Sabha, Zuveyrə şəhərlərində və ölkə cənubunda getməsinə baxmayaraq, münaqişənin yaxın vaxt ərzində həll olunacağı və Liviya xalqının iztirablarına son qoyulacağına ümid edirik", deyə Pan Ki Mun qeyd edib.

Pan Ki Mun həmçinin şuranın müvafiq qərarından dərhal sonra ilkin olaraq 110 milyon ABŞ dolları dəyərində dondurulmuş Liviya aktivinin "əridildildiyini" bildirib.

Liviyalılar tikməyin dağıtmaqdan nə qədər çətin olduğunu indi dərk edirlər.

Tofiq Əliyev

O.M.