Yaponiya  hündür divarlarla  əhatə olunacaq

Yaponiya hündür divarlarla əhatə olunacaq

14 Aprel 2011 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada sunaminin qarşısını almaq üçün hündür divarlar hörüləcək. Əhalinin zərər çəkməsinin qarşısını almaq məqsədilə hündür və böyük sığınacaq qalaları inşa ediləcək. Belə bir qərarın qəbul edilməsinin səbəbi 11 martda baş verən sunami və zəlzələnin törətdiyi fəlakətlərdir. Tokio Universitetinin professoru Akio Okayasu 30 il ərzində Yaponiyada yenə böyük bir zəlzələnin baş verəcəyini açıqlayıb. Okayasu zəlzələyə qaşı indidən tədbir görülməsinin zəruriliyi haqqında fikirlər söyləyib.

Əslində, Yapon alimi elə də böyük bir ixtira eləməyib. Yaponiyada 30 il ərzində böyük zəlzələ yox, hər il 30 dəfə böyük zəlzələ gözlənilir. Bu, hər zaman belə olub. Odur ki, hər an fəlakətə hazır olmalıdırlar.

Hafiz Əhmədov

O.M.