
Etna vulkanı yenidən aktivləşib
İtaliyada Etna vulkanı yenidən fəallaşıb. Milli geofizika və vulkanologiya institutu vulkanda kül və lava püskürməsinin hər gün daha da aktivləşdiyini qeydə alıb. Püskürmənin 100 metrədək yüksəldiyi, külün isə ətrafdakı ərazilərədək çatdığı bildirilir. Qeyd edək ki, Etnanın ətəklərində bir neçə kənd yerləşir. Xatırladaq ki, vulkanda aktivlik sonuncu dəfə cəmi 9 gün əvvəl qeydə alınmışdı. Ümumilikdə isə Etna bu il ərzində artıq 12-ci dəfə fəallaşıb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər