Yəməndə polislə əsgərlər arasında silahlı atışma olub

Yəməndə polislə əsgərlər arasında silahlı atışma olub

14 Aprel 2011 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin paytaxtı Sananın şimalında polis və əsgərlər arasında baş verən mübahisə silahlı atışma ilə nəticələnib. Biri zabit 4 polis aldıqları güllə zərbələrindən hadisə yerindəcə ölüblər. Ölkənin cənubundakı Ədən şəhərində əsgərlərin nümayişçilərə atəş açması nəticəsində iki nəfər nümayişçi ölüb, üçü isə ağır yaralanıb. Yəməndə nümayişlərin ara vermədən təşkili hazırkı hakimiyyətin 32 ildir ki, iqtidarda qalması ilə bağlıdır.

Ağacın kökünə qurd düşdüsə, gərək kəsəsən. Çünki nə dərman kömək edəcək, nə də bir başqa üsul. Deyəsən, Yəməndə də hakimiyyət ağacının kökünə qurd, hakimiyyətdəkilərin isə kürkünə bit düşüb.

Hafiz Əhmədov

O.M.