“İncirlik” aviabazası güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb - VİDEO
Türkiyədə NATO-nun istifadəsində olan "İncirlik" hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.
Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik sosial mediada bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: "Mən hazırda Adanadayam... Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib", - deyə Çelik qeyd edib.
"Haber Turk" aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və "İncirlik" aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub.
Mediainfo.az