Liviyalı üsyançılara kömək sözü

Liviyalı üsyançılara kömək sözü

14 Aprel 2011 09:28
Bəyəndim (0) Bəyənmədim (0)


Qətərdə bir araya gələn Qərbli və Ərəb diplomatları Liviya üsyançılarına dəstək olmaq, onlara siyasi, maddi və iqtisadi cəhətdən yardım etmək barədə qərar qəbul edib.

Konfransdan sonra Qətərli şahzadə Müəmmar Qəddafidən geri çəkilməyi və növbəti konfransın may ayında İtaliyada keçiriləcəyini bildirib.

İngiltərənin xarici işlər naziri Uilliam Haque Liviyadakı mülki vətəndaşların qorunmasının vacib olduğunu söyləyib. O, Qəddafi hakimiyyətinə son qoymaq üçün NATO-nun və qonşu dövlətlərin təzyiqi artırmasının gərəkli olduğunu bildirib.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən konfransa Ərəb ölkələri liqası ilə yanaşı, BMT-nin baş katibi Pan Gi Mun, İngiltərənin xarici işlər naziri və Liviya üsyançılarının müvəqqəti hökuməti iştirak edib.

Ataların bir sözü var: "Yetimə gəl-gəl deyən çox olar, çörəkverən olmaz". İndiki vəziyyətdə Liviya müxalifəti yetim uşağı xatırladır.

Elvin Babayev

O.M.