Bakıda transla evlənən gəncin anası infarkt keçirib - VİDEO
Bakıda baş tutan toy mərasimi ilə bağlı müzakirələr səngimir.
Buna səbəb ənənəvi toy mərasimlərindən fərqli olaraq, transla oğlanın evlənməsi olub. Aydın adlı transla yeniyetmə oğlanın toy mərasimində cinsi azlığın nümayəndələri qonaq qismində iştirak ediblər.
Toyla bağlı yayımlanan görüntülərdə "gəlin" valideynlərini salamlayıb və mahnı da ifa edib.
Bəyin yaxınları toy mərasimi ilə bağlı yeni faktlar açıqlayıblar. Belə ki, transla evlənən yeniyetmənin 16 yaşı olub və o bəy masasına "gəlinin" hədə-qorxusundan sonra əyləşmək məcburiyyətində qalıb.
Toyla bağlı görüntülərin yayımlanmasından sonra bəyin anası infakt keçirib və hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Məsələylə bağlı toyun baş tutduğu iddia edilən "Qızıl Qaya" restoranı ilə də əlaqə saxladıq. Restorandan sözü gedən toyun onlarda baş tutmadığını söyləyiblər:
"Həmin toy bizdə baş tutmayıb. İstəsəniz özünüz də gəlib bizim toy siyahımıza baxa bilərsiniz". (azxeber)
Mediainfo.az