Pulsuz hepatit müayinələri keçiriləcək - AZƏRBAYCANDA
28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, RMDM-də üç gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən aparılacaq.
Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.
Qeyd edək ki, RMDM-də dəfələrlə anoloji aksiyalar təşkil olunub.
Mediainfo.az
Digər xəbərlər