Rektor 700 bal toplamış tələbəsi ilə görüşdü - FOTO
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov TQDK-ın I ixtisas qrupu üzrə keçirdiyi imtahanlarda ən yüksək – 700 bal toplamış üç abituriyentdən biri olan Sultanlı Nadir Faiq oğlu ilə görüşüb.
BANM-dən bildirilib ki, Elmar Qasımov Azərbaycanın savadlı, bilikli gənclərinin ölkəmizin fəxri olduğunu deyib. Rektor azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərlə hamının qürur duyduğunu bildirib. Bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu qeyd edən Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə bağlı deyib ki, hər zaman yüksək bal toplayan abituriyentlər öz seçimlərində Ali Neft Məktəbinə üstünlük verirlər.
Nadir Sultanlının anası Şəhla Sultanlı BANM-in Azərbaycan ali təhsil müəssisələri içərisində həm tədris, həm də nüfuzuna görə öndə olduğunu vurğulayıb.
Rektor Elmar Qasımov Nadir Sultanlı və onun valideynini BANM-in yeni kampusunun maketi, Prezident təqaüdçülərinin stendi ilə tanış edib. (apa)
Mediainfo.az