
Qaxda avtomobil çaya düşdü
Qax-Zaqatala yolunun 5-ci kilometrliyində 1979-cu il təvəllüdlü Qax şəhər sakini Hacıyev Xürrəm Rasim oğlu idarə etdiyi "VAZ-21099" markalı, 34 BC 093 dövlət nişan nömrəli avtomobili Süskənd çayı üzərindəki körpüdən aşırıb. Baş vermiş qəza nəticəsində X. Hacıyev hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Məmmədov Bilal Əli oğlu və 1953-cü il təvəllüdlü Qax rayonu Ləkid kənd sakini Məmmədov Əmirxan Cuma oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Qax RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Sürət məsafəni yox, ömrü qısaldır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər