![Ata qızını bıçaqlayaraq öldürüb - XIRDALANDA](http://oxumeni.az/media/news/2016/07/photo_53587.jpg)
Ata qızını bıçaqlayaraq öldürüb - XIRDALANDA
İyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən onun qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Faktla bağlı araşdırmalara başlanılıb.
Aqil M.
Digər xəbərlər