Gülənin “Fuat Avni” ləqəbli məxfi bloqqeri yaxalandı
Bu dəqiqələrdə Türkiyədə Fətullah Gülənin "Fuat Avni" ləqəbli məxfi bloqerinin yaxalandığı haqda xəbər yayılıb.
Bu haqda "Sözcü" qəzetinin saytı bildirir. Məlumata əsasən ötən gün axşam başbakanlıq əlavə binasında keçirilən xüsusi əməliyyat zamanı son iki-üç ildə Türkiyə hakimiyyəti daxilindən məlumatlar və hakimiyyətə qarşı kompromatlar yayan bloqçular qrupu yaxalanıb. Onların arasında qrupun "Fuat Avni" ləqəbli rəhbəri də var. "Fuat Avni" ləqəbli, kimliyi bilinməyən bloqqer Twitter üzərindən müntəzəm olaraq hakimiyyətə qarşı məlumatlar paylaşırdı. Sayt bildirir ki, "Fuat Avni"nin bloqunda dünən axşamdan bəri paylaşım olmayıb. İnformasiya hələlik rəsmi qaynaqlardan təsdiqlənməyib.
Mediainfo.az
Digər xəbərlər