“İren” qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır

“İren” qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır

26 Avqust 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın cənub-şərq ştatlarında rəsmilər yaxınlaşmaqda olan "İren" qasırğasına hazırlaşırlar. Meteoroloqlar Şimali Karolina sahilləri boyunca fövqəladə vəziyyət elan ediblər. Əhalinin sıx olduğu ABŞ-ın şərq sahillərində rəsmilər "İren" qasırğası səbəbi ilə məşhur çimərliklərdən insanları evakuasiya etməyə başlayıblar. Meteoroloqlar Şimali Karolinanın bütün sahillərində qasırğaya dair xəbərdarlıq ediblər. Hazırda küləyinin sürəti saat 185 kilometrə çatan "İren" qasırğası artıq Baham adalarını təsirinə məruz qoyub. Verilən məlumatlara görə, adaların cənublarına ciddi zədə dəyib, ancaq xəsarət alan insanların olmadığı bildirilir. Virciniyada ABŞ hərbi dəniz qüvvələri gəmilərini limanlardan açıq dənizə göndərib. Gəmilərin açıq dənizdə daha təhlükəsiz olacağı ehtimal olunur.

Təbiətin gətirdiyi təbii fəlakətləri təbii də qəbul etmək lazımdır.

Tofiq Əliyev

O.M.