"Reket jurnalistlər”in həbsi başlayır - AZƏRBAYCANDA
Azərbaycan cəmiyyətinin və mediasının ən ciddi problemlərindən biri son illər ölkədə sürətlə artan "reket jurnalistlər" məsələsidir. Müxtəlif dövlət qurumlarının təmsilşiləri ilə yanaşı, özəl sektora da müdaxilə edən "reket jurnalistlər"dən DİN və Prokurorluq orqanlarına saysız şikayətlər daxil olmaqdadır. Əgər bir neçə il əvvəl hansısa sahibkar vergi məmurunun, sahə müvəkkilinin əlindən təngə gəlirdisə, indi onlar şantajçı mediadanın basqısı altında qalıblar.
Artıq bu problem siyasi rəhbərliyi də narahat edib. Odur ki, DİN və Prokurorluq orqanlarına şantajçı jurnalistlərin həbsinə dair göstəriş verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "reket qəzetlər"dən birinin naziri şantaj etdiyini, həmin nazirin ona şikayətdə bulunduğunu deyib. Gununsesi.info-nun araşdırması zamanı Əli Həsənovun nazir deyərkən Hüseynqulu Bağırovu, "reket qəzet" isə ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin "qara piar" kampaniyasını aparan "Gündəlik Bakı" adlı qəzetin olduğu üzə çıxıb. Eldar Mahmudovun və dəstəsinin tifaqının dağılmasından sonrakı 3 ay ərzində geri çəkilən bu "qəzet" sonradan öz ampulasına qayıtdı.
Ancaq əldə etdiyimiz məlumatda o da bildirilir ki, adıçkilən qəzetin şantajına, böhtanına məruz qalan məmurlar və iş adamlarına hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunub. (Gununsesi)
Mediainfo.az