
Avtomobil piyadanı vurdu
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, iyulun 16-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini İdris Məmmədov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər